AZ

Trampın növbəti hədəfi: Nəsə etməliyəm

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp Amerika mediasını səhhəti ilə bağlı yayılan xəbərlərə görə sanksiyalarla hədələyib.

Globalinfo.az xəbər verir ki, bu barədə o, “Truth Social”da yazıb.

Ağ Ev rəhbəri bəyan edib ki, o, dövlət başçısı kimi vəzifələrini uğurla yerinə yetirir və tez-tez tibbi müayinələrdən keçir:

“Bu işə sərf etdiyim bütün vaxt və səylərə baxmayaraq, “The New York Times” və bir sıra digər nəşrlər mənim əvvəlki kimi olmadığımı və ya səhhətimin pisləşdiyini iddia edirlər. Onlar bunun doğru olmadığını bilsələr də, mən çox çalışıram, bəlkə də əvvəlkindən daha çox işləyirəm. Həmin media qurumları xalqın əsl düşmənləridir və biz bununla bağlı nəsə etməliyik”.

Əliyar Xəlil

Globalinfo.az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
globalinfo.az

1Mənbələr