Suriyada müxalif qüvvələrin hakimiyyət dəyişikliyinin ilk ildönümü münasibətilə Şamda keçirilən rəsmi tədbir ölkə və region mediasının əsas mövzularından birinə çevrilib.
Day.Az xəbər verir ki, mərasimin ən yadda qalan anı illər əvvəl müharibənin dəhşətlərini yaşayan Ümran Dakneşin səhnəyə çıxması olub.
2016-cı ildə Hələbdə baş vermiş hava hücumu zamanı ağır yaralanan və o vaxtlar körpə yaşında olan Ümran indi artıq böyüyüb. Ona Şamda keçirilən konfransda ona da söz verilib. O, çıxışında BƏƏS hakimiyyətinin devrilməsini "xalqın ədalət axtarışının nəticəsi" adlandırıb.

"O zaman yaşananları gördüyümü deyirlər. Lakin həmin günlərə dair heç bir xatirəm yoxdur" ifadəsi ilə zalda duyğulu anlar yaradıb.
Şamda keçirilən bu tədbir Suriyada 61 illik BƏƏS rejiminə son qoyulmasının birinci ildönümünə təsadüf edir. İldönümü münasibətilə ölkənin müxtəlif şəhərlərində sakinlər meydanlara çıxaraq Azadlıq Gününü qeyd ediblər. Axşam saatlarında şəhər mərkəzlərində geniş insan kütləsi toplaşıb, avtomobil axınları formalaşıb, fişənglər səmada işıq süsləri yaradıb. Suriya bayrağının rənglərini əks etdirən hava şarlarının buraxılması isə bayram gününün simvolik görüntülərindən biri olub.
Elxan Əliyev
Day.Az