AZ

ADA Universitetində jurnalistlər üçün təlim keçirilir- FOTO

Bu gün ADA Universitetində jurnalistlər üçün “Storytelling: müasir publisistikanın yeni narrativləri və aktual trendləri” mövzusunda təlim başlayıb.

AzPost xəbər verir ki, tədbir Medianın İnkişafı Agentliyi tərəfindən ADA universitetin dəstəyi ilə təşkil olunub.

Günün proqramında publisistikanın üslub xüsusiyyətləri, mediada storytelling-in tətbiqi, yeni yazı üsulları və narrativ yanaşmalar haqqında məruzələr yer alır. Sessiyalar gün ərzində mərhələlərlə keçiriləcək.

Təlimi əməkdar jurnalist və MEDİA-nın icraçı direktorunun müavini Natiq Məmmədli aparır.

AzPost.az

Seçilən
95
azpost.info

1Mənbələr