AZ

Qış mövsümündə immuniteti möhkəmləndirən ədviyyatlar açıqlanıb

Qış aylarında orqanizmin müdafiə gücünü qorumaq xüsusilə vacibdir. AzPost KP.ru-ya istinadla xəbər verir ki, həkim-endokrinoloq Veronika Nevdaxina bir sıra ədviyyatların həm immuniteti gücləndirdiyini, həm də ruh halını yaxşılaşdırdığını bildirib.

Mütəxəssis deyir ki, immunitetin normal işləməsi orqanizmdəki mühüm maddələrin balansından asılıdır. Bu maddələrin bir qismi ədviyyatların tərkibində təbii şəkildə mövcuddur. Onun sözlərinə görə, zəncəfilin tərkibində maqnium, kalsium, fosfor, A, B və C vitaminləri olur və buna görə də o, soyuqdəyməyə qarşı təsirli hesab edilir. Darçında isə sink və dəmir kimi vacib maddələr var.

Həkim əlavə edir ki, darçında təbii təmizləyici təsir göstərən evgenol maddəsi olur. Bununla yanaşı, darçının tərkibindəki tsinnamal adlı birləşmə gərginliyi azaltmağa və əhvali-ruhiyyəni qaldırmağa kömək edir. Qara istiotun tərkibindəki piperin maddəsi isə qidaların həzm olunmasını və mənimsənilməsini dəstəkləyir.

Mütəxəssis bildirir ki, bu ədviyyatları üzüm şirəsi əsasında hazırlanmış isti içkilərə və ya çaya əlavə etmək olar. Bir-iki dilim portağal və ya limon içkinin həm dadını artırır, həm də faydasını gücləndirir.

Qışda bu sadə ədviyyatların düzgün istifadəsi immunitetin möhkəmləndirilməsinə kömək edə bilər.

AzPost.az

Seçilən
38
1
azpost.info

2Mənbələr