AZ

Ford və Renault birləşir

Avropada əlverişli elektrik avtomobili bazarında ciddi dəyişiklik yaratmaq məqsədi daşıyan yeni strateji tərəfdaşlıq elan edilib. Ford Motor Company və Groupe Renault ucuz şəhər tipli elektromobillərin birgə istehsalı üçün əməkdaşlığa başlayıblar. Vətəninfo.az xəbər verir ki, bu barədə Autocar məlumat yayıb.

Razılaşmaya əsasən, Ford Renault-nun xüsusi olaraq kütləvi bazar üçün hazırladığı Ampr elektrik platformasına çıxış əldə edəcək. Məqsəd Avropa bazarının sərt ekoloji tələblərinə cavab verən ən azı iki yeni ucuz Ford elektrik modeli yaratmaqdır.

Yeni avtomobillərin istehsalı Fransanın şimalında yerləşən və Renault-nun artıq bir neçə elektromobil istehsal etdiyi ElectriCity klasterində planlaşdırılır. Ampr platformasına əsaslanan ilk Ford modelinin 2028-ci ilin əvvəlində satışa çıxacağı gözlənilir. İkinci model isə yaxın zamanda təqdim ediləcək.

Şirkətlər bildiriblər ki, ümumi platformadan istifadə edilsə belə, avtomobillər “Fordun xarakterini və DNT-sini” saxlayacaq — yüksək idarəetmə keyfiyyətləri, dizayn və yolda performans qorunacaq. Bu əməkdaşlıq çərçivəsində Renault mühəndislik bazasını təmin edir, Ford isə avtomobilləri öz üslubuna uyğun formalaşdırır.

Tərəflər həmçinin artan tələbat fonunda yüngül kommersiya elektrik nəqliyyatı və furqonların birgə istehsalı imkanlarını da nəzərdən keçirirlər. Bu sahə xüsusilə şəhərdaxili çatdırılma xidmətləri və təmiz nəqliyyata keçidə çalışan şirkətlər üçün böyük əhəmiyyət daşıyır.

Müqavilə Ford üçün strateji addım hesab olunur. Şirkət Avropada ucuz elektrik avtomobili seqmentinə iddialı şəkildə daxil olan Çin istehsalçıları ilə rəqabəti gücləndirməyi hədəfləyir. Renault platformasından istifadə Forda həm istehsal xərclərini azaltmağa, həm də yeni modellərin bazara çıxma müddətini sürətləndirməyə imkan verəcək.

Seçilən
179
12
veteninfo.az

10Mənbələr