ABŞ prezidenti Donald Trampın administrasiyası Vaşinqtonun təklif etdiyi sülh planına Ukraynanın cavab verməsi üçün zaman çərçivəsi müəyyən edib. Bu barədə hökumət dairələrindəki mənbələrə istinadən “Financial Times” yazıb.
Nəşrin məlumatına görə, 6 sentyabrda Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və iş adamı Cared Kuşner Ukrayna prezidenti Volodimir Zelenski ilə danışıqlar zamanı onun ən qısa müddətdə qərar qəbul etməsi üçün təzyiq göstəriblər. Mənbələr bildirir ki, cənab Tramp sazişin 25 dekabrda razılaşdırılmasına ümid edir.
FT-nin yazdığına görə, Volodimir Zelenski Avropa liderlərini aldığı təklif barədə məlumatlandırıb və müttəfiqlərlə məsləhətləşmələrin vacibliyini vurğulayıb.
“Financial Times”ın məlumatına əsasən, Ukrayna elə bir vəziyyətə düşüb ki, o, ərazi məsələləri və ABŞ-nin təzyiqi arasında balans tapmalıdır. Sülh planının detalları açıqlanmır.