Bakı. Trend:
Əməyin mühafizəsi üzrə mütəxəssislərin hazırlanması və işçilərintəlimi ilə bağlı qaydalarda dəyişiklik ediləcək.
Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin Regionalməsələlər komitəsinin dekabrın 3-də keçirilən onlayn iclasındamüzakirə olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanunlayihəsində öz əksini tapıb.
Layihəyə əsasən, zərərli, ağır istehsalatlardakı iş yerlərində,peşələrdə (vəzifələrdə) və yüksək təhlükə mənbəyi olan maşın,mexanizm və avadanlıqlarda işləyən işçilər əmək şəraitininxüsusiyyətlərindən asılı olaraq 3 ayda birdəfədən, digər iş yerlərində isə ildə bir dəfədənaz olmayaraq əməyin mühafizəsi üzrətəlimatlandırılmalıdırlar.
Əmək şəraitinin xüsusiyyətlərindən asılı olaraq işçilərin əməyinmühafizəsi üzrə təlimatlandırılması vaxtı kollektiv müqavilələrlə,kollektiv müqavilənin bağlanmadığı hallarda əmək müqaviləsi ilə vəya işəgötürənlə həmkarlar ittifaqları təşkilatı (əmək kollektivi)arasında razılaşmalarla müəyyən ediləcək.
İşəgötürən bu təlimatlandırmaların qeydiyyatını elektroninformasiya sistemi vasitəsilə, Əmək Məcəlləsində müəyyən edilmişkonkret (siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiqedilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbuledilən (götürülən) işçilərlə işəgötürənlər arasında əməkmünasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formadabağlandıqda yaranır.) hallarda isə xüsusi jurnallardaaparmalıdır.