AZ

Tramp administrasiyası yanvardan bəri 85 min Amerika vizasını ləğv edib

ABŞ rəsmiləri: Tələbə vizalarının minlərlə nəfər üçün geri alınması narahatlıq yaradıb…

Poliqon xəbər verir ki, 2025-ci ilin əvvəlindən etibarən ABŞ administrasiyası bütün kateqoriyalardan ümumilikdə 85 min vizanı etibarsız elan edib. Bu barədə Dövlət Departamentinin nümayəndəsi məlumat verib və göstəricinin ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfədən çox olduğunu bildirib.

CNN telekanalının xəbərinə görə, ləğv edilən vizalar arasında 8 mindən artıq tələbə vizası var. Dövlət Departamentinin məlumatına əsasən, ötən il vizaların təxminən yarısı müxtəlif qanun pozuntuları, spirtli içki qəbulundan sonra avtomobil idarəetməsi, hücum və oğurluq kimi hallar səbəbindən geri alınıb. Qalan yarısının ləğv edilmə səbəbləri isə açıqlanmır.

Mediada bu siyasətin ABŞ Konstitusiyasının birinci düzəlişində nəzərdə tutulan söz azadlığı kontekstində narahatlıq doğurduğu vurğulanır. CNN yazır ki, vizası ləğv edilən xarici tələbələr arasında Qəzza müharibəsinə etiraz aksiyalarında iştirak edənlər də var. Onlar antisemitizm və terrorizmi dəstəkləməkdə ittiham olunublar. Bundan başqa, Dövlət Departamenti oktyabr ayında mühafizəkar fəal Çarli Kirkın qətlə yetirilməsinə “sevincli reaksiya göstərdiyi” iddia olunan şəxslərin də vizalarının anulduğunu açıqlamışdı.

Poliqon.info

Seçilən
48
poliqon.info

1Mənbələr