AZ

FRANSADA SOSİAL TƏMİNAT BÜDCƏSİNƏ DAİR YENİ QANUN QƏBUL EDİLİB » AzadMedia.az

FRANSADA

Fransanın Milli Assambleyası ölkənin sosial təminat büdcəsinə dair əsas qanun layihəsini qəbul edib. Sənəd ölkədə pensiya yaşının artırılmasını 2027-ci il prezident seçkilərindən sonrakı dövrə qədər təxirə salmağı nəzərdə tutur.

Layihə 247 lehinə, 234 əleyhinə səslə qəbul edilib. Qanun prezident Emmanuel Makronun mübahisəli pensiya islahatının pensiya yaşının 62-dən 64-ə qaldırılmasının müvəqqəti dayandırılmasını nəzərdə tutur. Bu məsələni baş nazir Sebastyan Lekornu hökumətin prioriteti elan edib

Sənədin parlamentdən keçməsi Lekornu üçün ilk siyasi qələbə sayılır. belə ki o bir neçə həftədir ki mərkəzçilər, solçular və mühafizəkarlar arasında kompromis yaratmağa çalışırdı.

Ölkə siyasətindəki gərginlik ötən ilin iyununda Makronun vaxtından əvvəl parlament seçkiləri keçirməsi ilə daha da artıb. Seçkilər nəticəsində qanunverici orqanda ciddi parçalanma yaranıb.

Makron sentyabr ayında 39 yaşlı mərkəzçi Lekornunu baş nazir təyin edib. qeyd edək ki Onun sələfləri planlaşdırılan xərclərin azaldılması və büdcə kəsiri ilə bağlı siyasi böhran səbəbilə istefa verib

Fransada sosial rifah, səhiyyə və təhsil xərclərinin yüksək olması dövlət büdcəsinə ciddi təzyiq yaradır. Ölkə artıq 20 ildən çoxdur ki, Avropa İttifaqının ÜDM-in 3 faizindən çox olmayan büdcə kəsiri tələbinə əməl etməkdə çətinlik çəkir.

Seçilən
81
1
azadmedia.az

2Mənbələr