Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp Çinlə ciddi ticarət razılaşmasınanail olduğunu və yaxın gələcəkdə razılaşmanın imzalanacağınaümidvar olduğunu bildirib.
Trend-in məlumatına görə, bu barədə D.Tramp Pensilvaniyadaçıxışı zamanı deyib.
"Çinlə inanılmaz razılaşmalar əldə etdik", - deyə o bildirib.ABŞ prezidenti əlavə edib ki, Çin ABŞ-dan "trilyonlarla dollar"dəyərində məhsullar alır.
Amerika prezidenti Çinlə ticarət müqaviləsinin hələimzalanmadığını etiraf edib, lakin onun "tezliklə imzalanacağına"əminlik ifadə edib.