ABŞ Prezidenti Donald Tramp Pensilvaniyada tərəfdarları qarşısında çıxış edib. Onun nitqi 1 saat 40 dəqiqə davam etsə də, dövlət başçısı bu müddət ərzində Ukraynadakı münaqişədən heç bir dəfə belə söz açmayıb.
Redaktor.az bu haqda xarici KİV-ə istinadla məlumat verir.
“10 ay ərzində mən Kosovo, Serbiya, Pakistan və Hindistan da daxil olmaqla səkkiz müharibəyə son qoydum. Onlar şiddətlə döyüşürdülər. İsrail və İran, Misir və Efiopiya, həmçinin Ermənistan və Azərbaycan arasında olan münaqişələrə də son qoyuldu, amma siz bunları bilmirdiniz”, - Tramp bildirib.
Aytəkin TOFİQQIZI