"Bayern Münhen"in ulduz hücumçusu Harri Keyn gələcək karyerası ilə bağlı qərarını qətiləşdirib.
Fanat.Az xəbər verir ki, informasiyanı "Bayern & Germany" yayıb.
Məlumata görə, Münhen təmsilçisinin heyətdə saxlamaq istədiyi ingilis forvard klubu ilə müqavilə yeniləməyi planlaşdırır. Mənbə "Bayern" rəhbərliyinin onu "Barselona"ya satmaq variantını heç vaxt müzakirə etmədiyini vurğulayıb. Tərəflərin DÇ-2026 başa çatandan sonra yeni saziş imzalayacaqları diqqətə çatdırılıb.
Qeyd edək ki, Keynin "Bayern"lə indiki sözləşməsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.
Nihat