AZ

“Xüsusi icra məmurunun standart haqqının və əlavə icra haqqının hesablanması meyarları və hədlərinin, habelə standart haqq üzrə avansın məbləği”nin təsdiq edilməsi haqqında

№ 378

Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Xüsusi icra məmurları haqqında” Azərbaycan Respublikasının 2025-ci il 14 iyul tarixli 248-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 13 avqust tarixli 478 nömrəli Fərmanının 2.2.1.2-ci abzasının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Xüsusi icra məmurunun standart haqqının hesablanması meyarları və hədləri” təsdiq edilsin (əlavə olunur).

2. “Xüsusi icra məmurunun standart haqq üzrə avansın məbləği” təsdiq edilsin (əlavə olunur).

3. “Xüsusi icra məmurunun əlavə icra haqqının hesablanması meyarları və hədləri” təsdiq edilsin (əlavə olunur).

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, “ 5 ” “ dekabr ” 2025-ci il

Seçilən
32
azerbaijan-news.az

1Mənbələr