AZ

ABŞ Ukraynaya nizamlama planını qəbul etmək üçün bir neçə gün vaxt verib

Bakı. Trend:

ABŞ administrasiyası Kiyevə Ukrayna böhranının həlli ilə bağlıABŞ planına razılaşmaq üçün məhdud vaxt verib.

Trend-inməlumatına görə, bu barədə "Financial Times" qəzeti mənbələrəistinadən xəbər verib.

"Danışıqlarla tanış olan rəsmi şəxslər bildiriblər ki, ABŞprezidenti Donald Trampın nümayəndələri Ukrayna prezidentiVolodimir Zelenskiyə Ukraynanın ABŞ-ın müəyyən edilməmiştəhlükəsizlik zəmanətləri müqabilində ərazi itkilərini tanımasınıtələb edən sülh sazişini qəbul etməsi üçün günlər veriblər", - deyənəşr bildirib.

Məlumata əsasən, V.Zelenski avropalı tərəfdaşlarına bu tələbinçərşənbə günü ABŞ Prezidentinin elçisi Stiv Uitkovla prezidentinkürəkəni Cared Kuşner arasında keçirilən söhbət zamanı irəlisürüldüyünü bildirib.

Seçilən
41
az.trend.az

1Mənbələr