AZ

BMT-dən husilərə SƏRT TƏLƏB

BMT Yəməndə girov saxlanılan 59 əməkdaşının xüsusi məhkəmə qarşısında mühakimə edilməsi qərarını pisləyir və husiləri onları dərhal azad etməyə çağırır.

Publika.az xəbər verir ki, bunu BMT-nin Baş katibinin sözçüsü Stefan Dujarrik deyib.

O, əlavə edib ki, qruplaşma BMT-nin 59 nümayəndəsini, eləcə də qeyri-hökumət və mülki təşkilatlarda, diplomatik korpuslarda işləyən onlarla əməkdaşı girov saxlayır. Qeyd olunur ki, onların bəziləri 2021 və 2023-cü illərdən bəri heç bir hüquqi icraat olmadan həbsdədirlər. Bu, beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır.

Seçilən
26
4
publika.az

5Mənbələr