Ağcabədi rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb. Hadisə zamanı Range Rover markalı avtomobil idarəetməni itirərək qəza törədib.
NOCOMMENT.az xəbər verir ki, ilkin məlumata görə, xoşbəxtlikdən hadisə nəticəsində ölən və ya ağır xəsarət alan olmayıb. Lakin avtomobilə ciddi ziyan dəydiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.