ain.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Dünən futbol üzrə Azərbaycan II Liqasında 12-ci tura yekun vurulub.
525.az xəbər verir ki, tur çərçivəsində Qubada keçirilən "Quba" - "Xankəndi" matçında azarkeşlər baxımlı qolun şahidi olublar.
Belə ki, birinci hissənin son dəqiqəsində hesab 0:1 olarkən, meydan sahiblərinin müdafiəçisi Ramin Məhərrəmov təxmini 40 metrlik məsafədən cərimə zərbəsini mükəmməl yerinə yetirərək hesabı bərabərləşdirib. Həmin qolu təqdim edirik:
Yeri gəlmişkən, qarşılaşma "Xankəndi"nin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Turun digər oyunları nəticələri: "Şəki Siti" - "Araz Saatlı" 4:0, "Ağstafa gəncləri" - "Qaradağ Lökbatan" 0:1, "Dinamo" - "Şəmkir" 0:2, "Şirvan" - "Ağdaş" 0:0, "Kür-Araz" - "Göygöl" 2:0.
Qeyd edək ki, 12 turdan sonra turnir cədvəlinə 33 xalla "Xankəndi" başçılıq edir. 2-ci pillədəki "Qaradağ Lökbatan" da eyni xala malikdir.
L.Tağıyeva
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.