BAKI, 10 dekabr. TELEQRAF
ABŞ-nin Kentukki ştatında yerləşən Universitetə naməlum şəxs silahlı hücum edib.
Teleqraf xəbər verir ki, bu barədə ştatın qubernatoru Endi Beşir məlumat verib.
“Hazırda bir neçə yaralının olduğu bildirilir. Hadisə yerində hüquq-mühafizə orqanları çalışır, şübhəli şəxs saxlanılıb”, - deyə o, "X" sosial platformasında yazıb.
Hadisənin səbəbləri və yaralıların vəziyyəti barədə əlavə məlumat hələ açıqlanmayıb.