Ajans.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə bildirib. "20 bənddən ibarət çərçivə sənədi var – maddələr Ukrayna, Avropa və dünyanın maraqlarına uyğun olaraq daim dəyişir. İkinci sənəd təhlükəsizlik zəmanətləri, üçüncüsü Ukraynanın müharibədən sonrakı bərpası haqqındadır", - Zelenski deyib. Onun sözlərinə görə, plan üzrə işlər davam edir və çox güman ki, dekabrın 10-da başa çatacaq. Zelenski Ukraynanın ərazi güzəştlərinə hazır olmadığını bir daha vurğulayıb. O əlavə edib ki, ABŞ hələ Ukraynanı NATO-da görməyə hazır deyil, lakin sabit təhlükəsizlik zəmanətlərinin verilməsi ilə bağlı danışıqlar davam edir.