“Ukrayna satılmır – Rusiya peçenyedə ancaq bir deşik aça bilər.”
APA xəbər verir ki, bunu Ukraynanın BMT-dəki səfiri Andrey Melnik deyib.
O Ukrayna ərazisinin və suverenliyinin heç bir halda satılmayacağını bildirib.
"Ərazimiz və suverenliyimiz satılmır. Biz Milad bazarında deyilik. Rusiya Ukraynanın təslim olmasını istəyir, bunu yeni eşitdik. Amma mənim cavabım budur: “Sən peçenyedə ancaq bir deşik açacaqsan”, - o əlavə edib.