AZ

BMT Yəmən Husilərindən 59 əməkdaşının azad edilməsini tələb edir

Qahirə, 10 dekabr, AZƏRTAC

BMT Yəməndə girov saxlanılan 59 əməkdaşının xüsusi məhkəmə qarşısında mühakimə edilməsi qərarını pisləyir və Husiləri onları dərhal azad etməyə çağırır.

AZƏRTAC xəbər verir ki, bunu BMT-nin Baş katibinin sözçüsü Stefan Dujarrik deyib.

O, əlavə edib ki, qruplaşma BMT-nin 59 nümayəndəsini, eləcə də qeyri-hökumət və mülki təşkilatlarda, diplomatik korpuslarda işləyən onlarla əməkdaşı girov saxlayır. Qeyd olunur ki, onların bəziləri 2021 və 2023-cü illərdən bəri heç bir hüquqi icraat olmadan həbsdədirlər. Bu, beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Seçilən
33
4
azertag.az

5Mənbələr