AZ

Şəmil Sadıqov: "Dövlət–özəl–QHT əməkdaşlığı artıq real nəticələr verir"

Dövlət–Özəl Sektor–QHT Platforması çərçivəsində keçirilən Forumun II panelində “Hədəf Şirkətlər Qrupunun” təsisçisi və baş direktoru Şəmil Sadıqov çıxış edərək dövlət, özəl sektor və qeyri-hökumət təşkilatları arasında əməkdaşlığın əhəmiyyətindən danışıb.

QHT.az xəbər verir ki, Şəmil Sadıqov bildirib ki, cəmiyyətdə bəzən dövlət sektorunda çalışanların daha vətənpərvər, özəl sektorda çalışanların isə yalnız qazanca fokuslandığı kimi yanlış yanaşmalar mövcuddur. Onun sözlərinə görə, bu stereotiplər düzgün deyil və hər üç sektorun nümayəndələri ölkənin inkişafına töhfə verir:

"Təhsil sahəsində sosial yönümlü layihələr uzun illərdir həyata keçirilir. Xüsusilə 2010-cu ildən etibarən məktəblərdə inteqrasiya olunmuş fənn olimpiadalarının təşkili təşəbbüsü irəli sürülüb, layihə ödənişsiz şəkildə reallaşdırılıb, məktəblərə texniki dəstək göstərilib və şagirdlər mükafatlandırılıb. Bu layihələr zamanı əsas məqsəd təhsilə dəstək vermək və uşaqların inkişafına töhfə verməkdir".

Şəmil Sadıqov bildirib ki, son illər dövlət və özəl sektor arasında əməkdaşlıq xeyli güclənib. Xüsusilə Dövlət Məşğulluq Agentliyi ilə sıx əməkdaşlıq qurulduğu, tələbələrin məşğulluq imkanlarının artırılması istiqamətində birgə layihələrin həyata keçirildiyi qeyd olunub:

Sonda Şəmil Sadıqov Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən qrant layihələrinin, eləcə də bağçalar və təhsil müəssisələri üçün dövlət–özəl tərəfdaşlığı çərçivəsində görülən işlərin əhəmiyyətini vurğulayıb.

"Dövlət–özəl sektor yaxınlaşması artıq real nəticələr verir və bu əməkdaşlıq gələcəkdə daha da genişlənəcək".

 

Pərvanə Fərhadqızı

Seçilən
27
qht.az

1Mənbələr