AZ

Kamçatkada yenidən zəlzələ oilub



Kamçatkada yeraltı təkanlar ara vermir.

Newscenter.az TASS-a istinadən bildirir ki, bölgədə yenidən 5,7 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialının Telegram kanalında məlumat yayıb.

Seysmik hadisə Petropavlovsk-Kamçatskidən 300 km aralıda baş verib. Bildirilir ki, zəlzələnin ocağı 80,4 km dərinlikdə yerləşib.

Qeyd edək ki, keçən ay ərzində Kamçatkada irili-xırdalı 100-ə yaxın yeraltı təkan qeydə alınıb.

Cavid
Seçilən
31
newscenter.az

1Mənbələr