AZ

İspaniyada öldürülən rus pilotun qətl işi bağlandı

BAKI, 10 dekabr. TELEQRAF

İspaniya məhkəməsi 2023-cü ildə Villajoyosa şəhərində qətlə yetirilən rusiyalı pilot Maksim Kuzminovun qətli ilə bağlı istintaqı müvəqqəti olaraq dayandırıb.

Teleqraf xəbər verir ki, bu barədə məhkəmənin press-relizində bildirilib .

Villajoyosa məhkəməsinin qərarında bildirilir ki, istintaq nə cinayəti törədənləri, nə də cinayəti sifariş edənləri müəyyən edə bilməyib. İş dayandırılıb, lakin yeni dəlillər ortaya çıxsa, yenidən açıla bilər.

"Hakim şübhəlilərin müəyyən edilməməsi səbəbindən Rusiyadan qaçan pilotun qətli ilə bağlı iş üzrə icraatın müvəqqəti dayandırılmasına qərar verib. Mərhum, 33 yaşlı kişi çoxsaylı güllə yarası aldıqdan sonra 2024-cü il fevralın 13-də dünyasını dəyişib", - məhkəmənin açıqlamasında deyilir.

2023-cü ilin avqustunda Kuzminov Rusiyaya məxsus Mi-8 helikopterini Kursk aerodromundan Ukrayna Silahlı Qüvvələrinin Xarkov vilayətindəki bazasına qaçırıb. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisinin dediyinə görə, helikopterdə olan digər iki hərbçi qaçmağa cəhd edərkən güllələnərək öldürülüb. Hadisədən sonra pilot mətbuat konfransı keçirərək əməliyyata 6 aydır hazırlıq getdiyini bildirib. Daha sonra o, Ukraynanı tərk edərək İspaniyaya sığınıb.

2024-cü ilin fevralında keçmiş pilot İspaniyanın Villajoyosa şəhərindəki evinin dayanacağında öldürülüb. Qətldən sonra naməlum şəxslər Kuzminovun avtomobili ilə hadisə yerindən qaçıb, onun cəsədinin üstünə keçiblər, sonra isə avtomobili şəhərdən 20 kilometr kənarda yandırıblar.

Seçilən
30
teleqraf.com

1Mənbələr