AZ

35 milyona qaytarmaq istəyirlər - 4 milyon avroya satmışdılar

“Az Alkmaar”ın hücumçusu Troy Perrott yenidən “Tottenhem”in maraq dairəsindədir.

Sportinfo.az xəbər verir ki, bu barədə “Fichajes” məlumat yayıb.

Perrott 2017–2024-cü illərdə “Tottenhem”də çıxış edib və klub onu yenidən heyətə qatmaq istəyir. İngiltərə təmsilçisi Niderland klubuna 35 milyon avro ödəməyə hazırdır.

Londonlular ilyarım əvvəl Perrottu “AZ Alkmaar”a 4 milyon avroya satmış, ancaq onun 20 faizlik hüququnu saxlamışdılar.

23 yaşlı futbolçu bu mövsüm 19 oyunda iştirak edib, 15 qol vurub və 3 məhsuldar ötürmə verib. Onun “AZ Alkmaar”la müqaviləsinin müddəti 2029-cu ilə qədərdir.

Seçilən
9
sportinfo.az

1Mənbələr