“Monterrey”dən ayrılaran təcrübəli futbolçu Serxio Ramos yeni klub axtarışına başlayıb.
90deqiqe.Az xəbər verir ki, Ramos İngiltərədə karyerasını davam etdirə bilər. “Mançester Yunayted” 39 yaşlı müdafiəçini yanvar ayında komandaya qatmaq istəyir.
Tərəflər arasında artıq ilkin danışıqlar başlayıb.
İspaniyalı müdafiəçinin özü də Avropaya qayıtmaq və dünya çempionatında İspaniya millisinin heyətində iştirak etmək arzusunda olduğu üçün bu təklifi qəbul edəcəyi gözlənilir.
Ramos ən çox “Real”dakı çıxışları ilə tanınır, həmçinin Avropada “Sevilya” və “PSJ”də də oynayıb.