
Biləsuvar rayon sakini Albaniyada bədbəxt hadisənin qurbanı olub.
Missiya.Az "Report"a istinadən xəbər verir ki, hadisə Albaniyanın Dürres limanında qeydə alınıb.
İlkin məlumata görə, Biləsuvar şəhər sakini, 2001-ci il təvəllüdlü Əvəz Cəfərovu gəmidə yük boşaltma zamanı elektrik cərəyanı vurub.
O xəstəxanaya aparılsa da, artıq öldüyü məlum olub.
Mərhum doğulduğu Biləsuvar rayonunda torpağa tapşırılacaq.
Faktla bağlı müvafiq ölkənin istintaq orqanı tərəfindən araşdırma aparılır.