AZ

Fövqəladə Hallar Nazirliyi 624 minlik gerb, bayraq və atribut alır

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Maddi Texniki-Təchizat İdarəsi təhlükə və digər xarakterli bildiriş işləri və atributların satın alınması üzrə tender keçirib.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, satınalmanın qalibi “Azərbaycan Reklam İstehsalat Mərkəzi” MMC olub və müqavilənin dəyəri 624.695,54 manat təşkil edir.

Tender çərçivəsində müxtəlif ölçü və növdə FHN gerbləri, dövlət gerbləri, vinil gerblər, FHN və Azərbaycan bayraqları, nümayəndə heyətləri üçün hədiyyə dəstləri, həmçinin FHN-in 20 illiyi üçün plaketlər və digər atributların təmin edilməsi nəzərdə tutulub. Bu atributlar nazirliyin rəsmi tədbir və fəaliyyətlərində istifadə olunacaq.

Seçilən
20
1
nocomment.az

2Mənbələr