AZ

ABŞ Zelenskidən Putinin bu şərtini qəbul etməsini tələb etdi

ABŞ Ukrayna münaqişəsinin sülh yolu ilə həllinin bir hissəsi olaraq Prezident Volodimir Zelenskiyə ərazi və digər güzəştləri qəbul etməsi üçün təzyiq göstərir. Metbuat.az xəbər verir ki, ABŞ-nin xüsusi nümayəndəsi Stiv Vitkov və Prezident Donald Trampın kürəkəni Cared Kuşner telefon danışığı zamanı Volodimir Zelenskidən şərtləri qəbul etməsini istəyib. ABŞ mediasının iddiasına görə, adı açıqlanmayan Ukrayna rəsmisi bildirib ki, ABŞ nümayəndələri Zelenskiyə Donbası Rusiyaya güzəştə getməyə razı salmağa çalışıblar.

Mənbə bildirib ki, telefon danışığı zamanı amerikalılar Zelenskiyə bütün şərtləri qəbul etdirmək istəyiblər.

Seçilən
9
1
metbuat.az

2Mənbələr