AZ

Britaniyalı hərbçi Ukraynada öldü

BAKI, 9 dekabr. TELEQRAF

Böyük Britaniyanın Müdafiə Nazirliyi Ukraynada bir britaniyalı hərbçinin öldüyünü açıqlayıb.

Teleqraf Ukraynanın “Strana” nəşrinə istinadən xəbər verir ki, hərbçi Ukraynada yeni silahların sınaqları zamanı baş verən qəza nəticəsində dünyasını dəyişib.

"Hərbçi cəbhə xəttindən uzaqda yeni müdafiə sisteminin sınaqdan keçirilməsi zamanı baş verib. İdarədən dəqiqləşdiriblər ki, faciə ilə bağlı mərhumun ailəsi məlumatlandırılıb" - məlumatda qeyd olunur.

Seçilən
14
teleqraf.com

1Mənbələr