AZ

Odlar Yurdu Universiteti ilə V.N. Karazin adına Xarkov Milli Universiteti arasında Anlaşma Memorandumu imzalanıb - FOTOLAR

Odlar Yurdu Universiteti ilə Ukraynanın aparıcı ali təhsil müəssisələrindən biri olan V.N. Karazin adına Xarkov Milli Universiteti arasında əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb.

QHT.az xəbər verir ki, memorandum Odlar Yurdu Universitetinin İdarəetmə Şurasının sədri, Milli Məclisin deputatı, professor Samir Vəliyev və V.N. Karazin adına Xarkov Milli Universitetinin prorektoru Zarif Nazırov tərəfindən imzalanmışdır. Sənəd tərəflər arasında akademik və elmi əlaqələrin gücləndirilməsini hədəfləmişdir.

İmzalanmış Anlaşma Memorandumu çərçivəsində ikili diplom proqramlarının tətbiqi, tələbə və müəllim mübadiləsi, birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi, eləcə də tədris və akademik fəaliyyət sahəsində müxtəlif əməkdaşlıq istiqamətləri nəzərdə tutulmuşdur. Bu əməkdaşlıq iki universitet arasında beynəlxalq təcrübə mübadiləsinin genişlənməsinə və ali təhsildə keyfiyyətin yüksəldilməsinə töhfə verəcəkdir.

Memorandumun imzalanmasından öncə Odlar Yurdu Universitetinin nümayəndə heyəti Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Yuri Qusev tərəfindən qəbul edilmişdir. Görüş zamanı Azərbaycan–Ukrayna arasında təhsil və elm sahəsində əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri müzakirə olunmuş, universitetlərarası tərəfdaşlığın əhəmiyyəti vurğulanmışdır. Daha sonra isə rəsmi imzalanma mərasimi baş tutmuşdur. Bu anlaşma Odlar Yurdu Universitetinin beynəlxalq əlaqələrinin genişləndirilməsi, qlobal akademik məkana inteqrasiyası və tələbələr üçün yeni imkanların yaradılması baxımından mühüm əhəmiyyət daşımışdır.

Seçilən
10
qht.az

1Mənbələr