AZ

Zelenski seçki keçirmək üçün ABŞ-dan təhlükəsizlik təminatı istəyib

Ukrayna prezienti Vladimir Zelenski müharibə dövründə seçkilər keçirməyə hazır olduğunu bildirib.

AzPost bildirir ki, bu barədə Reuters məlumat yayıb.

Ukrayna prezidentinin sözlərinə görə, səsvermə zamanı təhlükəsizlik zəmanətləri təmin olunarsa, seçkilər növbəti 60-90 gün ərzində keçirilə bilər. Reuters agentliyinin məlumatına görə, Zelenski ABŞ və Avropa tərəfdaşlarından təhlükəsizlik məsələlərində kömək istəyib.
Bundan əlavə, Zelenski Ukrayna parlamentarilərindən hərbi vəziyyət dövründə seçki qanunvericiliyinə lazımi düzəlişləri hazırlamağı xahiş edəcəyini bildirib.
Bu gün əvvəl Donald Tramp Ukraynanın yeni prezident seçkiləri keçirməsinin vaxtının çatdığını və ölkə hakimiyyətinin müharibədən bundan yayınmaq üçün istifadə etdiyini bildirib. ABŞ prezidentinin sülh planına müharibədən sonra Ukraynada seçkilərin keçirilməsi ilə bağlı müddəa daxil edilib.

AzPost.az

Seçilən
4
azpost.info

1Mənbələr