“Bu il Bakı Beynəlxalq Film Festivalının 16-cı ilini qeyd edirik. Uzun illər Azərbaycanda tammetrajlı filmlərə həsr olunan festival keçirilmirdi. Son üç ildə isə biz qərara gəldik ki, ölkəmizdə məhz tammetrajlı filmlər üzrə festival təşkil olunmalıdır. Çünki bu, Azərbaycan kinosunun yeni mərhələyə keçidində birbaşa təkanverici rol oynaya bilər”.
Bunu AZƏRTAC-a açıqlamasında Bakı Beynəlxalq Film Festivalının direktoru Fehruz Şamıyev deyib.
Direktor bildirib ki, debüt tammetrajlı filmlər festivalı kimi Bakı Beynəlxalq Film Festivalı həm Yaxın Şərq, həm də Şərqi Avropa ölkələrinin diqqətini cəlb edib. Onun sözlərinə görə, yeni imzaların kəşf olunması baxımından debüt tammetrajlı filmlərin nümayişi xüsusi əhəmiyyət daşıyır.
“Bakı Beynəlxalq Film Festivalı tammetrajlı filmlərin müsabiqəsi olaraq uzun illərdən sonra Azərbaycan kino mühitində yeni bir mərhələ açmış oldu”, – deyə Fehruz Şamıyev vurğulayıb.