AZ

“Bavariya” evdə “Sportinq”i məğlub etdi

UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün VI turu çərçivəsində “Bavariya” öz meydanında “Sportinq”i qəbul edib.

90deqiqe.Az xəbər verir ki, Münhen Arenasında baş tutan görüşdə meydan sahibləri rəqibini 3:1 hesabı ilə məğlub edib. 

54-cü dəqiqədə Yoşua Kimmix qapısına qol vuraraq qonaqları önə çıxarıb. 65-ci dəqiqədə Serj Qnabri hesabı bərabərləşdirib. 69-cu dəqiqədə Lenart Karl “Bavariya”ya üstünlük gətirib, 77-ci dəqiqədə isə Conatan Ta son nöqtəni qoyub.

Qələbədən sonra Münhen klubu 15 xalla ikinci pillədə qərarlaşıb. “Sportinq” isə 10 xalla 9-cu sıradadır.

Qeyd edək ki, mövsümün finalı Budapeştdəki “Puşkaş Arena”da keçiriləcək. Həlledici matç 30 may 2026-cı il tarixində baş tutacaq.

Seçilən
10
90deqiqe.az

1Mənbələr