AZ

Honduras Trampın əfv etdiyi sabiq Prezidentin həbsinə order verib

ain.az, Ayna portalına istinadən məlumatı açıqlayır.

57 yaşlı Xuan Orlando Hernandes çirkli pulların yuyulması və dələduzluqda ittiham olunur

Honduras narkotik ticarətinə görə ABŞ-da 45 illik həbs cəzasına məhkum edilən və ABŞ Prezidenti Donald Tramp tərəfindən 2025-ci ilin noyabrında əfv edilən keçmiş Prezident Xuan Orlando Hernandezin beynəlxalq həbsinə order verib. AYNA.AZ xəbər verir ki, bu barədə “The Washington Post”  məlumat yayıb.

Honduras Baş Prokurorluğundan bildirilib ki, 57 yaşlı Xuan Orlando Hernandes çirkli pulların yuyulması və dələduzluqda ittiham olunur. Hüquq-mühafizə orqanları Hernandezin 2013-cü il seçki kampaniyası zamanı dövlət vəsaitlərindən istifadə etdiyindən şübhələnirlər.

Honduras baş prokuroru sosial şəbəkədə hüquq-mühafizə orqanlarına Hernandezin həbs edilməsi barədə göstəriş verdiyini və İnterpoldan kömək istədiyini açıqlayıb.

Hernandezin harada olduğu bilinmir. Lakin onun həyat yoldaşı və qızı dekabrın əvvəlində Hondurasda olublar.

Xuan Orlando Hernandes 2014-2022-ci illərdə Honduras Prezidenti olub. O səlahiyyət müddəti başa çatdıqdan sonra 2022-ci ilin yanvarında vəzifəsindən gedib və həmin ilin fevralında Honduras hakimiyyəti ABŞ-dan ekstradisiya tələbi aldıqdan sonra keçmiş Prezident saxlanılıb. Orlando Hernández narkotik tacirlərinə kömək etməkdə ittiham olunurdu. Məlumata görə, keçmiş dövlət başçısı vəzifə səlahiyyətlərindən sui-istifadə edərək böyük Sinaloa narkokartelinə Honduras vasitəsilə ABŞ-a narkotik keçirməyə icazə verib. O “xidmətlərinə” görə kartel rəhbərindən ödənişlər alıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
10
ayna.az

1Mənbələr