AZ

26 il sonra “Red Bull”dan ayrıldı

Formula-1 tarixində 26 illik fəaliyyətindən sonra “Red Bull” komandasının məsləhətçisi Helmut Marko vəzifəsindən ayrılıb.

90deqiqe.Az xəbər verir ki, "PlanetF1" Markonun dediklərini belə çatdırıb.

“Avtomobil idmanı ilə artıq 60 ildir məşğulam, son 20 ildən çox müddət ‘Red Bull’da keçirdiyim illər isə qeyri-adi və son dərəcə uğurlu bir səyahət oldu. Bu müddət ərzində çox sayda istedadlı insanla çalışmaq, təcrübəmi paylaşmaq və komanda quruculuğunda iştirak etmək mənim üçün böyük qürur mənbəyi oldu.

Bu mövsümdə dünya çempionatını demək olar ki, qazandığımız anlar məni çox təsirləndirdi və anladım ki, indi şəxsi olaraq bu uzun, intensiv və uğurlu mərhələni başa vurmağın vaxtıdır. Komandaya gələcək uğurlar arzulayıram və əminəm ki, gələn il onlar yenidən hər iki dünya çempionluğu uğrunda mübarizə aparacaqlar.”

Seçilən
10
90deqiqe.az

1Mənbələr