AZ

Ermənistan və Azərbaycan arasındakı sülh prosesi dünyanın digər bölgələri üçün nümunə ola bilər - Merts

Bakı. Trend:

Azərbaycan və Ermənistan arasındakı sülh prosesi dünyanın digərbölgələri üçün nümunə ola bilər.

Trend-in məlumatına görə, bu barədə Almaniya kansleri FridrixMerts Berlində Ermənistanın baş naziri Nikol Paşinyanla birgəmətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Berlin hadisələrin gedişatını diqqətləizləyir.

"Birlikdə sülh prosesini irəli apara bilərik. Əminəm ki, butəcrübə dünyanın digər yerlərində də faydalı ola bilər. Bukontekstdə inanıram ki, Avropaya gedən yol açıqdır və əməkdaşlıqbir çox sahələrdə genişlənə bilər", - deyə kansler qeyd edib.

O əlavə edib ki, belə addımlardan biri artıq bu gün atılır vəgələcəkdə digərləri də atılacaq.

Seçilən
12
1
az.trend.az

2Mənbələr