UEFA Çempionlar Liqasının VI turunda “Kayrat” evdə Yunanıstanın “Olimpiakos” komandası ilə qarşılaşıb.
90deqiqe.Az xəbər verir ki, “Astana-Arena”da keçirilən görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Matçın 73-cü dəqiqəsində yeganə qolu “Olimpiakos”un hücumçusu Zelson Martines vurub.
Altı oyundan sonra Qazaxıstan klubu bir xalla 35-ci yerdədir. Yunanıstan komandası isə beş xalla 26-cı yerdədir.
Qeyd edək ki, mövsümün final görüşü 30 may 2026-cı il tarixində Budapeştdəki “Puşkaş Arena”da keçiriləcək.