AZ

"Hakimin qərarı bizi də tərəddüdə saldı” - "Sumqayıt"ın məşqçisi

style='margin-bottom:10px;'>

“Bəlkə də, bir az bəxtimiz gətirdi ki, penaltini vura bilmədilər”.

QOL.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın məşqçisi Şahin Abdullayev Misli Premyer Liqasının 14-cü turunda "İmişli" üzərində qazanılan minimal hesablı qələbəni şərh edərkən deyib.

Mütəxəssis oyunun gözlənildiyi kimi ağır keçdiyini və rəqibin güclü olduğunu bildirib:

“Gözlənildiyi kimi, ağır oyun alındı. Rəqib kifayət qədər güclü idi. Çox qol epizodu yaratmasaq da, matçın sonlarına yaxın vurduğumuz qolla qələbə qazanmağı bacardıq. Bəlkə də bir qədər bəxtimiz gətirdi, rəqib penalti epizodundan yararlana bilmədi”.

Abdullayev mübahisəli penalti epizodunu "50-nin 50-yə" kimi qiymətləndirib. O, epizodun penaltiyə daha yaxın olduğunu düşünsə də, hakimin qərar vermək üçün uzun müddət düşünməsinin onları da tərəddüdə saldığını, lakin bu barədə çox danışmağa ehtiyac olmadığını söyləyib.

Məşqçi "İmişli"yə ilk oyundakı məğlubiyyətə görə xüsusi motivasiya ilə hazırlaşmaları barədə suala aydınlıq gətirib. O, rəqibin əks-hücumlara yaxşı çıxdığını bildiklərini və məşqlərdə buna hazırlaşaraq bəhrəsini gördüklərini vurğulayıb:

“Sırf "İmişli"yə məğlubiyyətə görə xüsusi bir hazırlıq görməmişdik. Ümumiyyətlə, komandamızın belə bir planı yoxdur. Qarşıdakı oyunumuz hansıdırsa, ona uyğun da hazırlıq görürük. Əks-hücumlara yaxşı çıxan bir komanda ilə oynadıq. Məşqlərdə də buna hazırlaşmışdıq. Düşünürəm ki, bunun da bəhrəsini gördük”.

Seçilən
10
teleqraf.com

1Mənbələr