ain.az bildirir, Fanat portalına istinadən.
Misli Premyer Liqasında 14-ü tur başa çatıb.
Fanat.Az xəbər verir ki, bu gün daha iki oyun keçirilib.
Turun son oyununda "Sumqayıt" ilə "İmişli" münasibətlərinə aydınlıq gətirib. "Sumqayıt" minimal hesablı qələbəyə sevinib.
Qonaqların çalışdırıcısı Jorj Kaşkilya oyundan sonra təəssüratlarını jurnalistlərlə bölüşüb:
“Birinci hissədə istədiyimiz səviyyədə kollektiv oyun göstərə bilmədik. “Sumqayıt” həmin hissədə daha üstün futbola çıxış etdi. Yüzfaizlik qol epizodları olmasa da, ümumi oyunda daha güclü görünürdülər.
Fasilədə komandamızla danışdıq, müəyyən taktikı dəyişikliklər etdik və bunun müsbət təsirini ikinci hissədə dərhal gördük. “İmişli” oyuna daha güclü daxil oldu, komandanın oyun keyfiyyəti xeyli yüksəldi və artıq qol epizodları yarada bildik. Juninionun yaratdığı birə-bir vəziyyət də qol ilə nəticələnə bilərdi, lakin bundan istifadə edə bilmədik. Futbol isə elə oyundur ki, şansları dəyərləndirmək vacibdir.
Sumqayıtın vurduğu ilk qol rəqib hücumçusunun fərdi ustalığının nəticəsi idi. Bu qoldan sonra biz hesabı bərabərləşdirməyə çalışdıq və öz fürsətimizi də qazandıq, lakin penalti imkanını reallaşdıra bilmədik. Nəticə etibarilə oyundan məğlub ayrıldıq”.
Abunə Ol
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.