AZ

Nikolas Maduronun siyasi karyerası sona çatır – Donald Tramp

ABŞ Prezidenti Donald Tramp “Politico”ya verdiyi müsahibədə Venesuela Prezidenti Nikolas Maduronun siyasi karyerasının sona çatdığını bildirib.

Tramp bildirib ki, “Onun (Nikolas Maduronun ) günləri saylıdır. O, əlavə edib ki, Vaşinqtonun Karib dənizi bölgəsindəki hərbi fəaliyyəti artacaq. Lakin prezident ABŞ-ın Venesuelaya qarşı hərbi strategiyasının təfərrüatlarını açıqlamaqdan imtina edib.

Qeyd edək ki, sentyabr ayından bəri ABŞ Prezidentinin göstərişi ilə ABŞ ordusu Venesuela sahillərində ABŞ-ın narkotik kartelləri ilə əlaqəli olduğunu iddia etdiyi gəmilərə zərbələr endirir. Bu hücumlar nəticəsində 80-dən çox insan həlak olub.

Samir Qurbanov, Editor.az

Seçilən
79
editor.az

1Mənbələr