AZ

“Ayaks” “Arsenal”ın sabiq futbolçusu ilə razılığa gəldi

style='margin-bottom:10px;'>

“Ayaks” klubu “Arsenal”ın keçmiş müdafiəçisi Takehiro Tomiyasu ilə ilkin razılıq əldə edib.

QOL.az xəbər verir ki, bu barədə Niderlandın “NOS” nəşri məlumat yayıb. Tərəflərin hazırda müqavilənin son detallarını müzakirə etdiyi bildirilir. Yaponiyalı futbolçunun Niderland təmsilçisi ilə 6 aylıq müqavilə imzalayacağı gözlənilir.

Qeyd edək ki, hazırda azad agent statusunda olan Tomiyasu son illərdə ciddi diz zədələri ilə mübarizə aparıb. Bu səbəbdən o, ötən mövsüm “Arsenal”ın heyətində cəmi 6 dəqiqə meydanda qala bilib. Müdafiəçinin əsas hədəfi formasını bərpa edərək Yaponiya millisi ilə DÇ-2026-da iştirak etməkdir.

Seçilən
11
1
teleqraf.com

2Mənbələr