AZ

Talış meşələri zənginləşir

IDEA İctimai Birliyinin təşəbbüsü ilə "Ümumrespublika Yaşıllaşdırma Marafonu" (“ Yaşıl Marafon”) çərçivəsində 1 saylı Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən 9 saylı meşə dolayında ağac-əkmə aksiyası təşkil olunub. Meşələrin davamlı şəkildə qorunmasını təmin etmək, insanlarda təbiətə qayğı vərdişi yaratmaq, yeni yaşıllıqlar salmaq məqsədini daşımaq olan 2 günlük aksiya zamanı  ekoloji baxımdan qiymətli ağac sayılan 333 Eldar şamı və 1600 palıd tingləri torpağa basdırılıb və onlar suvarılıb, küləkdən qorumaq üçün dayaqlarla bərkidilib.

Mərkəzin direktoru Habil Əliyev onu da bildirdi ki, 5 tinglik təsərrüfatımız Lənkəran, Astara və Lerik rayonlarının meşələrində əkin məqsədilə tinglər yetişdirir. Eləcə hər üç rayonda ümumilikdə 48 hektar ərazidə yeni meşə massivinin salınması nəzərdə tutulub. İndiyə kimi 32 hektarda bu işlər görülüb. “Yaşıl marafon” çərçivəsində tədbirlərimiz il boyu davam edir.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Seçilən
19
ikisahil.az

1Mənbələr