Belarus Prezidenti Aleksandr Lukaşenko Ukrayna ilə sərhəddə vəziyyətin sabitləşdiyini açıqlayıb. Bununla belə, o, vəziyyətin hələ də çətin olduğunu və ciddi tədbirlər tələb etdiyini qeyd etdi: “Vəziyyət az-çox sabitləşib… Baxmayaraq ki, hələ də çoxlu problem var”, – deyə Lukaşenko bildirib.
Aleksandr Lukaşenko sərhəddə hələ də səfərbərlik yolu ilə həll edilməli olan “bir çox məsələlər” olduğunu vurğulayıb. O, Minskin “zastavalar tikməli və sərhəd keşikçilərini silahlandırmalı” olduğunu və bu cür işlərin diqqəti və “müəyyən resursları” yayındırdığını qeyd edib.
//Samir Qurbanov, Editor.az