AZ

"Şanslardan yararlanmayanda səni cəzalandırırlar" - Kaşkilya

Bu gün Misli Premyer Liqasında 14-cü turun oyunlarına yekun vurulub. Sonuncu oyun günündə "İmişli" "Sumqayıt"la üz-üzə gəlib. Qarşılaşma "kimyaçılar"ın minimal hesablı qələbəsi ilə başa çatıb.

Sportal.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "İmişli"nin baş məqşçisi Jorj Kaşkilya jurnalistlərin suallarını cavablandırıb:

"Sumqayıt" 1-ci hissədə daha üstün futbol oynadıq. Fasilədən sonra taktiki dəyişiklərə getdik. Bu da 2-ci hissədə özünü göstərirdi. Daha güclü oynamağa başlamışdıq. Qol epizodlarımız çox idi. Juninyonun epizodunda qola çox yaxın idik. Amma alınmadı. Futbol elə oyundur ki, şanslardan yararlanmayanda səni cəzalandırırlar. Qoldan sonra hesabı bərabərləşdirə bilərdik".

- Legionerlərin bu qədər çox olduğu heyətlə 9-cu pillədə gedirsinizsə, yerlilərə üstünlük versəniz neçənci pillədə özünüzü görürsünüz?

 - Mən məşqçi kimi fərq qoymuram, futbolçum əcnəbidir ya yerli. Bu mənim üçün çox da əhəmiyyət daşımır. Hansı oyunçu özünü daha yaxşı göstərir, o da əsas heyətdə yerini alır. 

- Oyunun sonlarında iki tərəf arasında dava düşdü. Bu haqda düşüncələriniz?

- Hər iki tərəf də həmin anda özünü yaxşı aparmadı. Rəqib komandanın işçiləri də özünü yaxşı aparmadı. Futbol emosional bir oyundur. Gərək hər kəs özünü cilovlaya bilsin. 

 - Mövsümdə 3-cü dəfədir ki, penaltini qola çevirə bilmirsiniz.Sizcə, burda problem nədədir?

- Bu suala cavab tapmaq çətindir. Biz məşqlərdə penalti epizodunu çalışırıq. Amma oyun zamanı bunu reallaşdırmaq bir qədər çətin və fərqli olur. 

Orxan Həsənquluyev

saytlarin hazirlanmasi

Seçilən
13
2
sportal.az

8Mənbələr