Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən ərazidə sakinlər yol təhlükəsindən şikayətçidirlər.
NOCOMMENT.az xəbər verir ki, onların sözlərinə görə, yol boyunca yeni işıqlandırma dirəkləri quraşdırılıb, lakin gecə vaxtı bunların heç biri yanmır.
Sakinlər bildirir ki, piyadalar gecə saatlarında yolu keçərkən böyük çətinliklərlə üzləşirlər və işıqlandırmanın olmaması bir çox yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur.
“Bu dirəkləri görüntü üçün quraşdırıblar, yoxsa işıqlandırmaq üçün? Piyadalar burada hər gün təhlükə ilə üz-üzədir. Hadisələr çox olur, çünki yol qaranlıqdır” – deyə sakinlər vurğulayırlar.
Ərazi sakinləri məsələ ilə bağlı aidiyyəti qurumlardan dərhal işıqlandırmanın təmin edilməsini tələb edirlər.