Tovuzun Düz Qırıqlı kəndində bədbəxt hadisə baş verib. Üçyaşlı oğlan su quyusuna düşərək ölüb.
"Bizə qonaq gəlmişdilər. Uşaq su istədi. Suyu verib yola çıxdım. Mənim oğlum gəlib, o isə gəlməyib. Yoldaşım su quyusundan çıxaranda artıq rəhmətə getmişdi", - mərhumun qohumu bildirib.
Digər qohum isə hadisəni belə təsvir edib: "Uşaqlarla oynayırdılar. Oynayarkən yıxılıb quyuya düşüb. Suyun dərinliyi çox deyildi, yəqin ki, başı yerə dəyib zədə alıb".
Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.
Daha ətraflı Baku TV-nin süjetində: