Suriya dövlət televiziyası paytaxt Dəməşqin Mezzah Hərbi Hava Limanı yaxınlığında mənşəyi bilinməyən sursatların düşdüyünü bildirib.
Editor.az xəbər verir ki, Mezzah Hərbi Hava Limanı ətrafına düşən sursatların mənbəyi hələlik müəyyən edilməyib.
Suriya dövlət telekanalı “Əl-Ekhbariya”nın məlumatına görə, hadisənin səbəbləri araşdırılır və ilkin məlumatlar sursatların haradan atıldığına dair dəqiq fikir yürütməyə imkan vermir.
Bundan əvvəl dövlət xəbər agentliyi SANA Dəməşq yaxınlığında güclü partlayış səsinin eşidildiyini və məsələ ilə bağlı araşdırmalara başlanıldığını açıqlamışdı.
// Gülnarə Abasova, Editor.az