Mingəçevir şəhəri, Nərimanov küçəsi 12 ünvanında yaşayan Gülbarə Yusifova ərazidə aparılan tikinti ilə bağlı narazılığını bildirib.
NOCOMMENT.az xəbər verir ki, onun sözlərinə görə, dörd bina arasında yerləşən yeganə kiçik stadionun qarşısındakı ərazi kiməsə verilib və burada fərdi ev tikintisinə başlanılacağı deyilir.
Sakin qeyd edir ki, həmin ərazi həm şəhid ailələrinin, həm də veteran ailələrinin yaşadığı binaların qarşısındadır və illərdir uşaqların yeganə oynamaq məkanı hesab olunur.
“Bizdə şəhid ailəsi də var, veteran ailələri də. Bu uşaqlar harada oynamalıdır? Kiçik bir stadionumuz var, onun da qarşısını veriblər kiməsə. Deyirlər ki, burada ev tikiləcək. Bu yer onsuz da balacadır, burada necə ev tikilə bilər?” — deyə Yusifova bildirir.
Sakinlər məsələ ilə bağlı aidiyyəti qurumların məsələyə müdaxilə etməsini, ərazinin uşaq və sakinlərin istirahət zonası kimi qorunub saxlanılmasını tələb edirlər.