AZ

“Sumqayıt” “İmişli” matçında dava düşdü -Video

Azərbaycan Premyer Liqasının XIV turunun son oyununda “Sumqayıt” doğma meydanda “İmişli”ni qəbul edib.

Redaktor.az xəbər verir ki, gərgin keçən qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçın əlavə vaxtında isə xoşagəlməz hadisə yaşanıb. Belə ki, 90+12-ci dəqiqədə “İmişli”nin futbolçusu Ronaldo de Souza topu yan xətdən oyuna daxil edərkən “Sumqayıt”ın texniki zonası ilə insident baş verib. Gərginlik qısa zamanda böyüyərək əlbəyaxa davaya çevrilib.

Daha sonra baş hakim Əliyar Ağayev müdaxilə edərək vəziyyəti sakitləşdirib və hadisəyə görə “Sumqayıt”dan Xəyal Fərzullayevə, qonaq komandanın oyunçuları Ronaldo de Souza və Luis Silvestriyə sarı vərəqə göstərib.

Qeyd edək ki, “İmişli” görüşün 90+8-ci dəqiqəsində penalti şansı əldə etsə də, İbrahim Əliyev zərbəni dəqiq yerinə yetirə bilməyərək bərabərlik qolunu qaçırıb.

Seçilən
13
2
redaktor.az

4Mənbələr